cloud2
cloud1
cloud3
cloud4

Velosipedçi panda

22.01.2014 , 2. 237 dəfə baxılıb.

Kitab haqqında məlumatlar
Çap tarixi:2013
Səhifə sayı:32 səhifə
Ölçüsü:206x281
Qiyməti:2.50 AZN

Keçmiş zamanlarda pandaların yaşadığı bir ölkə var idi.  Pandaların sayı çox idi. Onlar çox sevimli idilər. Lap dovşanlar kimi… Bu ölkədə maşınlar yox idi. Hamı velosipeddən istifadə edirdi. Əfsus ki, pandalar bəzən çətinlik çəkirdilər. Çünki bu ölkədə Usta Yastıdabandan başqa heç kim velosiped hazırlaya bilmirdi. Usta Yastıdaban çoxlu sifarişlər qəbul edir, işini vaxtında görüb qurtarmaq üçün yorulmaq bilmədən çalışırdı. O, tək deyildi. Bu işdə ona kömək edən bacarıqlı köməkçiləri də var idi.