cloud2
cloud1
cloud3
cloud4

Sənin hekayələrin (Qəfər Rüstəm)

09.04.2018 , 963 dəfə baxılıb.

Kitab haqqında məlumatlar
Çap tarixi:2018
Səhifə sayı:64
Ölçüsü:155x210
Qiyməti:2.80 AZN

Sənin hekayələrin (Qəfər Rüstəm)

Bu kitab istedadlı yazar Qəfər Rüstəmin sayca 3-cü kitabıdır. “Lovğa Ay”dan sonra kiçik oxucularına ərməğan etdiyi bu kitab olduqca maraqlı hekayələr toplusudur. Hekayələr ideya və məzmunca Səməd Behrənginin məşhur “Balaca Qara Balıq” əsərini xatırladır.
Müəllif çərpələnglərin macərasını, çeçələ barmağın, ala və boz dananın başına gələnləri onların öz dili ilə təsvir edir. Macəra dolu hadisələrlə uşaqlara cəsarət, qorxmazlıq, gözütoxluq, xeyirxahlıq və dürüstlük kimi nəcib xüsusiyyətlər aşılayır. Buyurun, balaca dostlar, həm əylənin, həm öyrənin, həm də düşünün!