cloud2
cloud1
cloud3
cloud4

Haqqımızda

24.11.2015 , 2. 075 dəfə baxılıb.


Bərəkətnəşriyyatı 2009-cu ildə fəaliyyətə başlamışdır. Bugünədək nəşriyyatımızda 50-dən artıq kitab işıq üzü görmüşdür.

Kitablarımızda uşaq dünyasının sirli aləmlərinə səyahət edir, daha doğrusu, dünyaya, həyata, insanlara uşaqların gözü ilə baxmağa çalışırıq. Bu gözəl kitabları balaca oxucularımıza çatdırmaq üçün peşəkar kollektivimiz gecə-gündüz səylə çalışır, ortaya mükəmməl məhsul çıxsın deyə əlindən gələni edir.

Bu məqsədlə ən aşağı yaşlardan yuxarı yaşlara qədər uşaq, yeniyetmə və gənclər üçün bir-birindən maraqlı, fərqli mövzularda kitablar çıxarırıq. Bu mövzularımız, əsasən, hekayələr, nağıllar,əyləncəli elmi məlumatlar, məntiqi təfəkkürü inkişaf etdirən suallar, rəngləmə kitabları, əxlaq və davranış qaydalarıdır.

“Bərəkət” nəşriyyatı olaraq 2013-cü ildə yeni layihəmizlə – “Qönçə” dərgisi ilə oxucularımızın qarşısına çıxdıq. Avqust və sentyabr ayları istisna olmaqla hər ay sevimli uşaqlarımızın görüşünə gəldik, evlərinə qonaq olduq. Və zənnimizdə yanılmadığımızı müşahidə etdik. “Qönçə” dərgisi qısa vaxt ərzində uşaqlarımızın yaxın dostuna çevrildi.

Məqsədimiz nümunəvi bir gələcək üçün uşaqlarımızın əylənərək öyrənməsini təmin etməkdir.

Məlumat üçün bildiririk ki, “Bərəkətnəşriyyatının kitabları bu gün Bakı şəhərində və bir sıra başqa şəhər və rayonlarımızda (Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, Şəki, Quba və s.) ümumilikdə 70-dən artıq kitab mağazası, uşaq əyləncə mərkəzləri, uşaq paltarı mağazalarında satılır.

Bu kitabların əziz balalarımızı və sevgili gənclərimizi gələcəyə ümidlə, inamla aparacağına səmimi-qəlbdən inanır, bütün oxucularımıza təşəkkür edirik.