Əbdülün macəraları
22.01.2014 , 1. 332 dəfə baxılıb.
Kitab haqqında məlumatlar | |
---|---|
Çap tarixi: | 2013 |
Səhifə sayı: | 208 səhifə |
Ölçüsü: | 145x215 |
Qiyməti: | 3.00 AZN |
Əsər şagirdlər, tələbələr, həmçinin valideynlər və pedaqoji fəaliyyətlə məşğul olan hər bir şəxsə faydalı olacaqdır.
Kitabda uşaq dünyasından süzülüb gələn xatirələr baba ilə nəvənin dilindən axıcı bir şəkildə rəvayət olunur. Yazıçı uşaq dünyası ilə yanaşı milliliyi, milli adət-ənənələri, xalqımızın həyat tərzini yumşaq bir üslubla asan dildə qələmə alıb. Burada uşaqlıq, böyüklük və bu təəssüratdan doğan yanaşmalar oxucuya elə şəkildə çatdırılır ki, sanki oxucunun öz həyatından bəhs edilir. Kitabda vətənimizin gözəllikləri – dağları, yamacları, uzanıb gedən düzənlikləri, coşqun dağ çayları da müəllifin yadından çıxmır. Qərbi Azərbaycanın bir dağ kəndini, Arpa çayını, onun ətrafındakı gözəllikləri təsvir edir. Bu gözəllikləri öz oxucusuna ustalıqla çatdırır. Sədrəddin müəllimə gələcək qələm fəaliyyətlərində də uğurlar arzu edirik.