cloud2
cloud1
cloud3
cloud4

Böyük sözü dinləməyənlərin sonu

20.06.2015 , 535 dəfə baxılıb.


Biri vardı, biri yoxdu, bir-birinə qonşu olan “Zorba Aslanlar” və “Ağ Aslanlar” kimi tanınan iki aslan ailəsi vardı. Zorba Aslanların cavanları çox zülmkarlıq edir və heç kimlə yola getmirdilər. Onlar hər xırda məsələdə dava salır, başqa heyvanları narahat edirdilər. Bu cavanlar o bölgədə özlərindən başqa heç bir heyvanın yaşamasını istəmir və bütün heyvanları oradan qovurdular.

Yaşlı Zorba Aslanlar: “Gənclər, bu işlərdən əl çəkin. Acgözlüyünüz, hərisliyiniz gözlərinizi kor edib”, ─ desələr də, onlar bu nəsihətləri bir qulaqlarından alıb o birindən verirdilər. Necə deyərlər, də yir man öz işini görür, çax-çax baş ağrıdırdı. Gənc Zorba Aslanlar bildiklərini edirdilər. Ağ Aslan ailəsi isə öz qonşuları ilə sülh içində yaşayırdı. Bunların hərisliklə işləri yox idi. Ovlarını edir, ruzilərini qazanırdılar. Üstəlik Zorba Aslanların əlindən qaçan heyvanlar da onlara sığınırdı. Ağ Aslanlar bir neçə dəfə Zorba Aslanlara: “Hamını boğaza yığdınız. Hər kəs sizin əlinizdən bezib. Nə qədər pislik etmək olar? Bütün heyvanlar ətrafınızdan qaçıb dağıldı. Bunun axırı hara gedir?” ─ deyirlər.

Bunu eşidən Zorba Aslanlar qəzəblənib onları təhqir edirlər. Gənc Zorba Aslanlardan biri dillənir:

─ Mən bilirəm, sizin dərdiniz nədir. Hər yeri tutmuşuq. Hamı bizdən qorxur, bizə hörmət edir. Ona görə də bizi gözünüz götürmür.

Hələ bu bəs deyilmiş kimi daha da qızışan Zorba Aslan onları hədələyir:

─ Darıxmayın, sizin də növbəniz çatacaq.

Onun bu kobudluğu Ağ Aslanları lap hövsələdən çıxarır. Yerlərindən qalxıb Zorba Aslanın cavabını vermək istəyirlər ki, yaşlı Ağ Aslanlar onları sakitləşdirir:

─ Övladlarım, qəzəblə qalxan zərərlə oturar. Onların yanlış hərəkəti sizi də düz yoldan ayırmasın”, deyirlər.

Sonra: “Bizdən söyləmək”, ─ deyib oranı tərk edir lər.

Elə ki ara sakitləşir, Zorba Aslanların ən yaşlısı ailəsini bir yerə toplayıb onlarla məsləhətləşməyə başlayır.

Yaşlı Aslanlar bir-bir ayağa qalxıb öz başlarına gələnlərdən, həyat təcrübələrindən danışırlar. Gəncləri sakitləşməyə, ədəb-ərkana ria yət etməyə dəvət edirlər:

─ Əziz övladlarım, ağ aslanlar haqlı idi lər. Onlar bizim yaxşılığımızı istəyir. Onlar deyəni biz də sizə çox demişik. Demişik ki, böyüklərin sözünə qulaq asın. Lakin gənc Zorba Aslan irəli yeridi. Yoldan çıxardığı o biri aslanları da başına yığıb dedi:

─ Bu günə kimi bizi siz qoymadınız. Sizinucbatınızdan bu işdən çəkindik. Yoxsa çox dan Ağ Aslanları buralardan qovmuşduq. Daha bəsdi. Bundan sonra sizi eşitmək istəmirik.

Axı sizin bizə nə xeyriniz dəyir? Bizim yanımızdan çıxın gedin. Biz ov ovlayır, quş quşlayırıq, siz də hazırından yeyirsiz. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Bunu deyib gənc Zorba Aslanlar hücuma keçdilər. Yaşlı Zorba Aslanların sürünü tərk etməkdən başqa əlacları qalmadı. Elə ki onlar getdi, bu iki aslan ailəsinin arası getdikcə daha da pisləşməyə başladı. Zorba Aslanlar Ağ Aslanları qorxudur, onlara xəbər yollayıb buraları tərk etmələrini söyləyirdilər. Ağ Aslan ailəsi bunu çoxdan gözləyirdi. Ona görə də bu döyüş üçün çoxdandır ki, əməlli-başlı hazırlaşırdılar. Yaşlılar öz döyüş təcrübələrini gənc lərə öyrədirdilər. Hə, elə ki vaxt gəlib çatdı, iki ailə döyüş meydanına çıxdı.

Hər iki tərəf: “Artıq bu gün kimin güclü, kimin gücsüz olduğu bilinəcək!” ─ deyirdi.

Zorba Aslanlar güclərinə, say larının çoxluğuna güvənir, saymazyanalıq edirdilər. Ağ Aslanlar isə düşünürdülər ki, təlim keçdiklərinə görə özlərini qoruya biləcəklər.

Döyüş başlandı. Hər iki tərəf bir-birinə hücum etdi. Döyüş o qədər şiddətli oldu ki, Zorba Aslanların hərəsi bir tərəfə sərildi və biyabırçı şəkildə məğlub oldular. Elə günə düşdülər ki, dilləri bir qarış ağızlarından çıxdı, nəfəsləri kəsildi. Ara sakitləşdi. Ağ Aslanlardan biri başlarına gələnləri balasına danışırdı.

Birdən bala Aslan soruşdu:

─ Atacan, biz qalib gəldik, amma mən yerə sərilmiş aslanlar arasında yaşlı aslan görmürəm. Görürsən? Hamısı gənc, sayları da çox dur. Bəs niyə məğlub oldular? Niyə aralarında bir dənə də olsun yaşlı aslan yoxdur?

─ Əziz övladım, aralarında yaşlı aslan olsa, onlar heç bu günə düşərdilər? Yaşlılara ədəbsizlik edib aralarından qovdular. Onların döyüş təcrübələrindən məhrum oldular. Heç bizim yaşlılara fikir vermisən?

Bala Aslan yaşlı Aslanların yanına qaçdı. Gördü ki, hər kəs onlara ehtiram göstərib hörmət edir.

─ Gördünmü? ─ atası dedi, ─ indi bizim necə qalib gəldiyimizi, çətinlikləri necə dəf etdiyimizi başa düşdün?