cloud2
cloud1
cloud3
cloud4

3-cü siniflər üçün qiymətləndirmə testləri

24.11.2015 , 18. 939 dəfə baxılıb.

qiymetlendirme testleri
Kitab haqqında məlumatlar
Çap tarixi:2015
Səhifə sayı:112
Ölçüsü:297x300
Qiyməti:4.30

Bu kitab ümumtəhsil məktəblərinin 3-cü sinif şagirdləri üçün Azərbaycan diliriyaziyyat dərslikləri əsasında hazırlanmışdır. Kitabın Azərbaycan dili hissəsi 8 bölmədən ibarətdir. Hər bölmədə əxlaqi-didaktik məzmunlu bir hekayə və hekayə əsasında düşündürücü suallar, həmçinin dərslikdə keçirilən mövzular üzrə ümumiləşdirici testlər verilmişdir. Bu hissəyə uşaqların söz ehtiyatının zənginləşməsinə və zehni inkişafına kömək edən maraqlı mövzular da daxil edilmişdir.
     Riyaziyyat hissəsində isə 3-cü sinif dərsliyinin hər bölməsinə uyğun çalışmalar və testlər təqdim edilmişdir. Kitaba həmçinin 3-cü siniflərin bilik və dünyagörüşü səviyyəsinə uyğun məntiq sualları salınmışdır. Şagirdlərin mövzuları daha yaxşı qavraması və öyrənməsi üçün sualların tərtibatında rəsmlərdən geniş istifadə edilmişdir. Kitabın son hissəsində sualların cavabları izahlı şəkildə verilmişdir.
Vəsait şagirdlərə, müəllimlərə və valideynlərə kömək məqsədi ilə hazırlanmışdır.