cloud2
cloud1
cloud3
cloud4

2-ci sinfi bitirənlər üçün tətil kitabı

10.06.2015 , 2. 483 dəfə baxılıb.

Kitab haqqında məlumatlar
Çap tarixi:2015
Səhifə sayı:124 səhifə
Ölçüsü:297 x 300
Qiyməti:4.30 AZN

Bu kitab ümumtəhsil məktəblərinin 2-ci sinfini bitirmiş şagirdlər üçün Azərbaycan dili və riyaziyyat dərslikləri əsasında hazırlanmışdır. Tətil kitabının Azərbaycan dili hissəsi 8 bölmədən ibarətdir. Hər bölmədə dərslikdə keçirilən mövzular üzrə ümumiləşdirici testlər, əxlaqi-didaktik məzmunlu bir hekayə və hekayə əsasında düşündürücü suallar verilmişdir. Bu hissəyə həmçinin uşaqların söz ehtiyatının zənginləşməsinə və zehni inkişafına kömək edən maraqlı metodlar da daxil edilmişdir.

Riyaziyyat hissəsində isə 2-ci sinif dərsliyinin hər bölməsinə uyğun çalışmalar və testlər təqdim edilmişdir. Kitaba həmçinin 2-ci siniflərin bilik və dünyagörüşü səviyyəsinə uyğun məntiq sualları salınmışdır.  Şagirdlərin mövzuları daha yaxşı qavraması və öyrənməsi üçün sual­ların tərtibatında rəsmlərdən geniş istifadə edilmişdir. Kitabın son hissəsində sualların cavabları izahlı şəkildə verilmişdir.

Vəsait şagirdlərə, müəllimlərəvalideynlərə kömək məqsədi ilə hazırlanmışdır.